Bank Of Baku

Qulamrza Səbri Təbrizi İsveç parlamentinin üzvü Hasan Döləklə görüşüb

Qulamrza Səbri Təbrizi İsveç parlamentinin üzvü Hasan Döləklə görüşüb
# 11 dekabr 2007 11:29 (UTC +04:00)
İsveçdə səfərdə olan Dünya Azərbaycanlıları Konqresinin (DAK) sədri Qulamrza Səbri Təbrizi və təşkilatın İdarə Heyətinin bir qrup üzvü Türk Dərnəkləri Federasyonunun rəhbəri, İsveç parlamentinin üzvü Hasan Döləklə görüşüb. DAK mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycan və Türk diaspor təşkilatlarının fəaliyyəti, birgə əlaqələrin inkişaf etdirilməsi, Dağlıq Qarabağ həqiqətlərinin və qondarma “erməni soyqırımı” iddialarını haqda tarixi reallıqların dünya ictimaiyyətinə çatdırılması yönündə birgə işbirliyi müzakirə edilib. H. Dölək DAK-ın sonuncu qurultayı ilə bağlı sənədlərlə tanış olub və DAK-ın keçmiş sədri Cavad Derəxtinin iddialarının əsassız olmasının şahidi olub. Q. S. Təbrizi isə bu yanlışlıqlara son qoymaq məqsədilə İsveç hüquq-mühafizə orqanlarına müraciət edəcəyini bildirib. Bu gün DAK İdarə Heyəti üzvlərinin İsveç siyasi dairələri və parlament üzvləri ilə ayrı-ayrılıqda görüşləri nəzərdə tutulub. Həmçinin belə tədbirlərin Avropanın digər ölkələrində də gerçəkləşdirilməsi qərara alınıb. Bu məqsədlə DAK İdarə Heyətinin üzvlərinin Almaniyaya və Hollandiyaya səfəri planlaşdırılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR