Bank Of Baku

Birləşmiş Ərəb Əmirliyində Heydər Əliyevin anım mərasimi keçirib

Birləşmiş Ərəb Əmirliyində Heydər Əliyevin anım mərasimi keçirib
# 11 dekabr 2007 14:27 (UTC +04:00)
Birləşmiş Ərəb Əmirliyinin Dubay əmirliyində fəaliyyət göstərən Azərbaycan Cəmiyyəti Heydər Əliyevin vəfatının 4 illiyi münasibətilə anım tədbiri keçirib. APA-nın məlumatına görə, JW MARRIOTT otelinin “Jumeirah” zalında keçirilən mərasimdə Birləşmiş Ərəb Əmirliyində yaşayan türk və türkmən diaspor təşkilatlarının nümayəndələri də iştirak ediblər. Cəmiyyəti rəhbəri Samir İman Heydər Əliyevin həyat və fəaliyyəti, müstəqil Azərbaycanın inkişafı yolunda gördüyü böyük işlər barədə danışıb. Heydər Əliyevin həyatının sonunadək xalqına şərəflə xidmət etdiyini deyən cəmiyyət sədri qeyd edib ki, onun ideyalarını və siyasətini layiqli davamçısı, prezident İlham Əliyev həyata keçirir. Anım mərasimində Heydər Əliyevin həyatını və görkəmli ictimai-siyasi xadim kimi fəaliyyətini əks etdirən film və fotostendlər nümayiş etdirilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR