Bank Of Baku

DAK Azərbaycan Nümayəndəliyi Norveçin Azərbaycandakı səfirliyinin fəaliyyətini pisləyən birgə bəyanat yayıb

DAK Azərbaycan Nümayəndəliyi Norveçin Azərbaycandakı səfirliyinin fəaliyyətini pisləyən birgə bəyanat yayıb
# 11 dekabr 2007 14:29 (UTC +04:00)
Dünya Azərbaycanları Konqresinin (DAK) Azərbaycan Nümayəndəliyi, qurumun Gənclər Təşkilatı və bir qrup fəalı Norveçin Azərbaycandakı səfirliyinin fəaliyyətini pisləyən birgə bəyanat yayıb. DAK Azərbaycan Nümayəndəliyindən APA-ya verilən məlumata görə, bəyanatda DAK-ın İsveçin paytaxtı Stokholma səfərə getmək istəyən üzvlərinə viza verilməməsi anti-demokratik hərəkət hesab edilib və məsələyə aydınlıq gətirilməsi tələb olunub: “Norveç səfirliyi tərəfindən DAK-ın bu ölkədə keçiriləcək toplantısına dəvət alanların böyük hissəsinə səbəb göstərilmədən viza verilməyib. DAK-ın Azərbaycan Nümayəndəliyinin rəhbəri İsmayıl Ağayev də viza ala bilməyib. Təşkilat Norveç səfirliyinin bu hərəkətini anlamır, baş verənləri insan hüquq və azadlıqlarına qarşı atılan addım hesab edir. Səfirliyin etdiyi bu hərəkət Avropa İnsan Haqları Konvensiyasının müvafiq müddəalarına da ziddir. Təşkilat bu məsələnin araşdırılmasını və viza verilməməsinin səbəblərini bizə rəsmi şəkildə bildirilməsini tələb edir. Əks təqdirdə, biz bunun beynəlxalq hüquq normaları çərçivəsində həlli üçün bütün vasitələrdən istifadə edəcəyik. Lazım gələrsə, məhkəmə instansiyalarına da müraciət ediləcək”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR