Bank Of Baku

Nyu-Yorkun “Baku Palace” restoranında Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş bayram tədbiri keçiriləcək

Nyu-Yorkun “Baku Palace” restoranında Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş bayram tədbiri keçiriləcək
# 14 dekabr 2007 14:27 (UTC +04:00)
Dekabrın 27-də Nyu-Yorkun “Baku Palace” restoranında 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş bayram tədbiri keçiriləcək. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin təşkil etdiyi tədbirə azərbaycanlı və digər millətlərin diaspor təşkilatlarının 300-ə yaxın nümayəndəsi dəvət olunub. Tədbirin rəsmi hissəsindən sonra Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin təqdim etdiyi dünya azərbaycanlılarının həmrəyliyini əks etdirən sənədli film nümayiş etdiriləcək və ziyafət veriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR