Bank Of Baku

Nyu-Yorkda ingilis dilində “Azerbaijan Review” adlı qəzet nəşr olunmağa başlayıb

Nyu-Yorkda ingilis dilində “Azerbaijan Review” adlı qəzet nəşr olunmağa başlayıb
# 19 dekabr 2007 15:42 (UTC +04:00)
ABŞ-da fəaliyyət göstərən “Azərbaycan Nyu-York Assosiasiyası” ingilis dilində “Azerbaijan Review” adlı qəzetin nəşrinə başlayıb. Bu barədə APA-ya Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib. Assosiasiyanın prezidenti Əli Nəsibov bildirib ki, qəzet 1000 nüsxə ilə buraxılır. Baş redaktoru Pərvanə Abbaspur olan qəzetin Azərbaycan və digər diaspor nümayəndələri, Nyu-Yorkda akkreditə olunmuş xarici ölkələrin diplomatik missiyaları VƏ yerli əhali və arasında yayılması nəzərdə tutulub. Assosiasiyası təşəbbüsü ilə Nyu-York şəhərində “Soydaş” adlı Azərbaycan milli rəqs məktəbi də fəaliyyətə başlayıb. Məktəbin bədii rəhbəri Telman Cəlilovdur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR