Bank Of Baku

Rusiyanın Xabarovsk şəhərində “BAKI” restoranı açılıb

Rusiyanın Xabarovsk şəhərində “BAKI” restoranı açılıb
# 26 dekabr 2007 12:03 (UTC +04:00)
Rusiyanın Xabarovsk şəhərində “BAKI” restoranı açılıb. Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Uzaq Şərqdə ilk Azərbaycan restoranı olan “Bakı”da eyni zamanda 150 nəfərə xidmət göstərmək olar. Lüks restoranın tikintisində Azərbaycandan dəvət olunan inşaatçı, memar və dizaynerlər iştirak ediblər. Əsasən, Azərbaycan milli xörəklərinin hazırlandığı restoranın aşpazları da Bakıdan dəvət olunub. Həmçinin, yeməklərin hazırlanmasında istifadə olunan ərzaqlar və digər qida məhsulları Azərbaycandan aparılır. Restoranın açılışında iştirak edən Xabarovsk meri Aleksandr Sokolov bildirib ki, belə bir iaşə obyektinin istifadəyə verilməsi ilə fəxr etmək lazımdır. Mərasimə Ümumrusiya Azərbaycan Konqresinin vitse-prezidenti, Konqresin Uzaq Şərq Federal Dairəsinin rəhbəri İmran Məmmədov da qatılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR