Bank Of Baku

Xarici ölkələrdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbirlərə start verilib

Xarici ölkələrdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbirlərə start verilib
# 26 dekabr 2007 14:06 (UTC +04:00)
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən APA-ya bildirilib ki, dekabrın 25-də Moldovanın paytaxtı Kişinyovda “Şərab evi”ndə Moldova Azərbaycanlıları Konqresinin və Azərbaycanın bu ölkədəki səfirliyinin təşkilatçılığı ilə geniş bayram şənliyi təşkil olunub. Həmin gün Latviyanın paytaxtı Riqadakı “Klassik” gimnaziyasında “Ocaq” Mədəniyyət Mərkəzi və Azərbaycanın Latviyadakı səfirliyinin təşəbbüsü ilə tədbir baş tutub. Dekabrın 27-də isə Ukrayna paytaxtında yaşayan azərbaycanlılar səfirlik binası qarşısında Heydər Əliyevin abidəsi önünə əklil qoyduqdan sonra Ukrayna Azərbaycanlıları Konqresi bayram tədbir keçirəcək. Sabah, həmçinin ABŞ-ın Nyu-York şəhərindəki “Baku Palace” restoranında Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyi tərəfindən təntənəli mərasim təşkil olunacaq. Tədbirdə azərbaycanlı və digər millətlərin diaspor təşkilatlarının rəhbərləri və nümayəndələri iştirak edəcək. Azərbaycanın ABŞ-dakı səfirliyi isə Həmrəylik Günü münasibətilə dekabrın 28-də tədbir keçirəcək. Dekabrın 28-də Moskvadakı “Bakı” kinoteatrında Ümumrusiya Azərbaycan Konqresinin təşəbbüsü ilə təntənəli toplantı da olacaq. Dünya Azərbaycanlılarının Həmrəylik Günü Rusiyanın Novosibirsk və Surqut şəhərlərində də qeyd ediləcək. Çexiyadakı “Azər-Çex” Cəmiyyətinin Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təşkil edəcəyi toplantı da dekabrın 28-ə təsadüf edəcək. Dekabrın 29-da isə Həmrəylik Günü Türkiyənin İzmir şəhərində qeyd olunacaq. Həmin gün Estoniyada, dekabrın 30-da isə Litvanın Vilnüs şəhərində soydaşlarımızın bayram tədbirləri planlaşdırılır. Bundan başqa, dekabrın 29-da Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə İsraildə Azərbaycan Mədəniyyət Guşəsi açılacaq. Məlumatda o da bildirilir ki, əksər diaspor təşkilatları Həmrəylik Günü münasibətilə keçiriləcək bayram tədbirlərini dekabrın 31-nə təyin edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR