Bank Of Baku

DAK təşkilatın parçalanması prosesinin qarşısını almaq məqsədilə qurum üzvlərinə və dünya azərbaycanlılarına müraciət edib

DAK təşkilatın parçalanması prosesinin qarşısını almaq məqsədilə qurum üzvlərinə və dünya azərbaycanlılarına müraciət edib
# 27 dekabr 2007 12:12 (UTC +04:00)
Dünya Azərbaycanlıları Konqresi (DAK) təşkilatın parçalanması prosesinin qarşısını almaq məqsədilə qurum üzvlərinə və dünya azərbaycanlılarına müraciət edib. DAK mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müraciətdə bildirilib ki, təşkilat öz fəaliyyətini genişləndirir və Demokratik Dünya Azərbaycanlıları Konqresi ilə birləşmək haqda saziş imzalayıb. Amma DAK İdarə Heyətinin üzvü, qurumun keçmiş sədri Cavad Derəxti və onu dəstəkləyən bir qrup şəxs təşkilatda parçalanma yaratmağa cəhd edir. Müraciətdə C. Derəxti mətbuata əsassız informasiya ötürməkdə də ittiham olunub: “Cavad Derəxti təşkilatın İdarə Heyətinin bir neçə üzvü ilə 2008-ci ilin fevralda Stokholmda növbəti qurultay çağırılması ilə bağlı mətbuata davamlı informasiyalar ötürməkdədir. O, bununla DAK-ın birlik istiqamətində atdığı addımlara mane olmaq, itirdiyi sədr kürsüsünü qeyri-qanuni yolla qaytarmaq istəyir. Lakin unutmaq olmaz ki, DAK içərisində belə böhran yaradılmasına cəhd olunmasının arxasında dayanan əsas məqsəd Azərbaycanın güneyində gedən milli azadlıq hərəkatına mane olmaq, soydaşlarımız arasında çaşqınlıq, ümidsizlik və inamsızlıq formalaşdırmaqdır. DAK Cavad Derəxtinin bu istəyinin qarşısının alınması üçün bütün imkanlarından istifadə edəcəkdir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR