Bank Of Baku

Xaricdə yaşayan azərbaycanlılar Dünya Azərbaycanlılarının Həmrəylik Gününü qeyd ediblər

Xaricdə yaşayan azərbaycanlılar Dünya Azərbaycanlılarının Həmrəylik Gününü qeyd ediblər
# 28 dekabr 2007 07:48 (UTC +04:00)
Litvadakı Azərbaycan Diasporu Qurban Bayramı və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə tədbir keçirib. Diasporun katibliyindən APA-ya verilən məlumata görə, Vilnüsün böyük mədəniyyət saraylarından birində keçirilən tədbirdə Azərbaycanın Litvadakı səfiri Naira Şaxtaxtinskaya, Litvanın dövlət nazirləri, yüksək vəzifəli şəxsləri və Azərbaycan Diasporunun 400 nəfərdən çox nümayəndəsi iştirak ediblər. Tədbirdə çıxış edən Litvadakı Azərbaycan Diasporunun sədri Sadıx Nurullayev Litva Azərbaycanlılarının fəaliyyəti, görülən işlər və gələcək planlar haqqında danışıb. Sonra idman, ictimai fəaliyyət və digər sahələrdə fərqlənən diaspor nümayəndələrinə diplom və medallar təqdim olunub. Dünya Azərbaycanlılarının Həmrəylik Günü Hollandiyanın Haaqa şəhərində də qeyd olunub. “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin təşəbbüsü ilə keçirilən tədbirə Azərbaycanın Belçika və Lüksemburqdakı səfirliyinin birinci katibi, Beniluks Azərbaycan Təşkilatlarını Əlaqələndirmə Şurasının (BATƏŞ) fəxri prezidenti Fuad Humbətov, Belçikadakı diaspor təşkilatlarının nümayəndələri qatılıblar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR