Bank Of Baku

Naxçıvanda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə atəşfəşanlıq olacaq

Naxçıvanda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə atəşfəşanlıq olacaq
# 28 dekabr 2007 13:19 (UTC +04:00)
Dekabrın 31-də Naxçıvanda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə atəşfəşanlıq olacaq. Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, həmin gün Naxçıvan şəhərinin Heydər Əliyev prospektində bayram tədbirləri təşkil olunacaq. Tədbirin sonunda isə atəşfəşanlıq olacaq. Bayram tədbirləri yanvarın 1-də davam etdiriləcək. Nazirlikdən bildirilib ki, bayram tədbirləri Muxtar Respublikanın bölgələrində də keçiriləcək. Yerli musiqi kollektivlərinin Naxçıvanın bölgələrindəki hərbi hissələrdə də konsert proqramı ilə çıxışı nəzərdə tutulub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR