Bank Of Baku

Nyu-Yorkda və Dubayda Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd edilib

Nyu-Yorkda və Dubayda Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd edilib
# 28 dekabr 2007 16:17 (UTC +04:00)
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi Nyu-Yorkdakı “Bakı Sarayı” ziyafət salonunda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə bayram tədbiri təşkil edib. Nümayəndəlikdən APA-ya verilən məlumata görə, tədbirə Azərbaycan, türk və digər xalqların diaspor təşkilatlarının nümayəndələrindən 300-dən çox qonaq qatılıb. Tədbirdə çıxış edən Azərbaycanın BMT yanında daimi nümayəndəsi Aqşin Mehdiyev 2007-ci ildə Nyu-York şəhərindəki Azərbaycan diasporunun gördüyü işlər barədə danışıb. Birləşmiş Ərəb Əmirliklərinin Dubay Əmirliyində də 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə bayram tədbiri keçirilib. Bu ölkədə yaşayan soydaşlarımızın iştirakı ilə keçirilən tədbirdə Dubaydakı Azərbaycan Cəmiyyətinin sədri Samir İmanov Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün tarixindən danışıb. Tədbirlərin sonunda Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin təqdim etdiyi “Biz 50 milyonluq xalqıq” və “Biz azərbaycanlıyıq” sənədli filmlər nümayiş etdirilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR