Bank Of Baku

Beynəlxalq Azərbaycan Forumu Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirib

Beynəlxalq Azərbaycan Forumu Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirib
# 28 dekabr 2007 16:53 (UTC +04:00)
Bu gün Rəşid Behbudov adına Azərbaycan Mahnı Teatrında Novosibirskdə fəaliyyət göstərən Heydər Əliyev adına Beynəlxalq Azərbaycan Forumunun təşkilatçılığı ilə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirilib. APA-nın xəbərinə görə, tədbirdə Rusiya Yazıçılar və Jurnalistlər Birliyinin üzvü Mirkazım Seyidovun yeni kitabının təqdimatı olub. Azərbaycan, rus və ingilis dillərində işıq üzü görən “Bakı-Ceyhan neft kəməri Üç dəniz əfsanəsi” kitabında layihənin tarixi-coğrafi əhəmiyyətindən söz açılıb. İştirakçılara “Yu𔝠Teatrının, Akademik Milli Dram Teatrının aktyorlarının ifasında layihənin əhəmiyyəti və dünya azərbaycanlıların həmrəyliyinə həsr olunan ədəbi-bədii kompozisiya təqdim olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR