Bank Of Baku

İsraildə Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunur

İsraildə Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunur
# 29 dekabr 2007 12:25 (UTC +04:00)
Əslən Azərbaycandan olan İsrail vətəndaşlarının yaratdığı Azərbaycan-İsrail (AZİZ) Beynəlxalq Assosiasiyası yanında Azərbaycanın tarixi və mədəni irsinin qorunması komitəsinin rəhbəri Yeganə Salman (Məmmədova) APA-ya bildirib ki, Həmrəylik Gününə həsr olunmuş toplantı və AZİZ-in İdarə Heyətinin iclası onun öz evində yaratdığı Azərbaycan Mədəniyyəti Mərkəzində keçirilir. Y. Salman bildirib ki, mərkəzdə Azərbaycan müəlliflərinin kitabları, məişət əşyaları, Azərbaycanın bu gününü və dünənini xarakterizə edən suvenirlər yer alıb. O, Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” operasının partiturasının mərkəzə təqdim olunduğunu, bundan başqa, 40 il ərzində toplanmış döş nişanlarından ibarət kolleksiyanın da mərkəzə hədiyyə edildiyini söyləyib: “Mərkəzdə etnik Azərbaycan otağı da var. Əllə toxunmuş xalçaların döşəndiyi otaqda milli döşəkcələr, mütəkkələr, nərd, samovar, armudu stəkanlar buraya gələnlərə Azərbaycanı xatırladır”. Y. Salman vətəni bir an belə unutmadıqlarını, Allaha yalvarıb Azərbaycanın ərazi bütövlüyünün bərpasını dilədiklərini vurğulayıb. O, Azərbaycan Mədəniyyəti Mərkəzinin ayrıca binada yerləşməsinin vacibliyini də qeyd edib: “Mədəniyyət mərkəzi diaspor təşkilatının ayrılmaz hissəsidir. Bu işdə Azərbaycanın köməyinə də ümid bəsləyirik”. Y. Salman mərkəzin nəzdində Azərbaycan dili, Azərbaycan milli rəqsləri və peşələri dərnəklərinin yaradılması üzərində də iş aparıldığını vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR