Bank Of Baku

Strasburqda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçiriləcək

Strasburqda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçiriləcək
# 30 dekabr 2007 07:58 (UTC +04:00)
Azərbaycanlı Tələbələrin Avropa Forumunun (ATAF) Strasburq şöbəsi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə şəhərdə yaşayan və təhsil alan azərbaycanlılar üçün xüsusi gecə təşkil edəcək. ATAF-dan APA-ya verilən məlumata görə, Strasburqda fəaliyyət göstərən “Les Nuits de Bakou” (Bakı gecələri) adlı yeganə Azərbaycan restoranında keçiriləcək gecəyə Parisdən gələn azərbaycanlı tələbələr də qatılacaq. Tədbirin təşkilatçısı, ATAF-ın Strasburq koordinatoru Elnur Məcidli tədbirdə Fransada və Strasburqda yaşayan azərbaycanlıların həmrəyliyini nümayiş etdirmək istədiklərini bildirib. Restoranın sahibi Əli Ağayev isə milli bayramın Strasburqda da qeyd olunmasının sevindirici olduğunu söyləyib. Azərbaycanın Avropa Şurası yanındakı daimi nümayəndəliyinin də dəstək verəcəyi proqramda müxtəlif yarışmalar keçiriləcək və mükafatlar təqdim olunacaq. Bununla yanaşı, Azərbaycan mahnıları səsləndiriləcək və milli rəqslər ifa ediləcək. Tədbirdə Azərbaycanın Avropa Şurası yanındakı daimi nümayəndəliyinin rəhbəri Arif Məmmədovun da iştirakı gözlənilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR