Bank Of Baku

Dünya Azərbaycanlılarının Həmrəylik Günü 70-dən çox ölkədə qeyd olunur

Dünya Azərbaycanlılarının Həmrəylik Günü 70-dən çox ölkədə qeyd olunur
# 30 dekabr 2007 08:50 (UTC +04:00)
APA-nın xəbərinə görə, ziyarətə gələnlər H. Əliyevin və xanımı Zərifə Əliyevanın məzarları önünə əklil və gül-çiçək dəstələri qoyublar. XÖYAİDK sədri Nazim İbrahimov jurnalistlərə açıqlamasında bildirib ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü əksər ölkələrdə qeyd olunur: “Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirlikləri, diaspor təşkilatları həmrəylik günü münasibətilə tədbirlər keçirirlər. Dünya Azərbaycanlılarının Həmrəylik Günü dünyanın 70-dən çox ölkəsində qeyd olunur. Əvvəllər bir çox ölkədə bununla bağlı koordinasiyaya, təbliğata ehtiyac duyulurdusa, indi buna ehtiyac yoxdur. Dünyanın hər yerində yaşayan azərbaycanlılar üçün Yeni İl şənlikləri yox, Həmrəylik Günü ön plandadır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR