Bank Of Baku

Nazim İbrahimov: “Türk Dövlət və Cəmiyyətlərinin XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayı türk dünyasının birliyinə yeni ab-hava gətirib”

Nazim İbrahimov: “Türk Dövlət və Cəmiyyətlərinin XI  Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayı türk dünyasının birliyinə yeni ab-hava gətirib”
# 30 dekabr 2007 09:15 (UTC +04:00)
APA-nın xəbərinə görə, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov deyib ki, bu barədə mətbuata mütəmadi olaraq məlumatlar veriləcək: “Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakıda keçirilən bu qurultay türk dünyasının birliyinə yeni ab-hava gətirib. Azərbaycanda türkçülüyə bu qədər önəm verilməsi bu gün dünyada yaşayan türklərin böyük sevincinə səbəb olub. Dünyadakı türk diaspor təşkilatları, bütün türklər Bakıdakı qurultaydan danışır, Azərbaycan prezidentini türk dünyasının yeni lideri hesab edirlər”.
Komitə sədri deyib ki, Türk Dövlət və Cəmiyyətləri Dostluq, Qardaşlıq və Əməkdaşlıq Vəqfinin (TÜDEV) qərarı ilə növbəti qurultayın hansı şəhərdə keçiriləcəyi bəlli olacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR