Bank Of Baku

“Azərbaycanlıların və digər türkdilli xalqların Əməkdaşlıq Mərkəzi” İctimai Birliyinin təqdimatı olub

“Azərbaycanlıların və digər türkdilli xalqların Əməkdaşlıq Mərkəzi” İctimai Birliyinin təqdimatı olub
# 30 dekabr 2007 14:36 (UTC +04:00)
Bu gün “Azərbaycanlıların və digər türkdilli xalqların Əməkdaşlıq Mərkəzi” İctimai Birliyinin təqdimetmə mərasimi keçirilib. APA-nın məlumatına görə, birliyin sədri İlham İsmayılov bildirib ki, qurumun yaradılmasında əsas məqsəd Azərbaycandan kənarda yaşayan azərbaycanlılar və digər türkdilli xalqlar arasında əlaqələrin inkişafına kömək etməkdir. Onun sözlərinə görə, birliyin dəstəyi ilə bu mövzuda elmi araşdırmalar, müxtəlif kurslar təşkil ediləcək. Ombudsman Elmira Süleymanova dünyada türk birliyinin əhəmiyyətindən və bu sahədə lazımi addımların atılmasının vacibliyindən danışıb. O, milli məsələlərdə səylərin birləşdirilməsinin zəruriliyini vurğulayıb. Prezidentin İcra Aparatının sektor müdiri Qafar Əliyev isə dövlət başçısının türkdilli xalqların inteqrasiyası istiqamətində vacib addımlar atdığını deyib. Sektor müdiri Azərbaycanın bu məsələdə türkdilli dövlətlər arasında öncül yerlərdən birini tutduğunu vurğulayıb. Tədbir ədəbi-bədii hissə ilə davam etdirilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR