Bank Of Baku

ABŞ-da yaşayan azərbaycanlıların “U.S. Azeris Network” vahid sosial şəbəkəsi fəaliyyətə başlayıb

ABŞ-da yaşayan azərbaycanlıların “U.S. Azeris Network” vahid sosial şəbəkəsi fəaliyyətə başlayıb
# 08 yanvar 2008 08:27 (UTC +04:00)
Layihənin icraçı direktoru Adil Bağırovun APA-nın ABŞ bürosuna verdiyi məlumata görə, ABŞ-Azərbaycan məsələləri ilə maraqlanan şəxslər www.usazeris.org internet səhifəsinə daxil olaraq bütün məlumatları ala biləcəklər. Eyni zamanda qeyd olunan İnternet səhifəsi vasitəsi ilə seçilmək və seçmək hüququna malik azərbaycanlılar öz konqresmenləri, senatorları, yaşadıqları şəhərlərin rəsmilər ilə mütəmadi və sistemli şəkildə əlaqə saxlaya biləcək, onlara müəyyən məsələlər ilə bağlı müraciətlər ünvanlaya biləcəklər. Adil Bağırov bildirib ki, qeyd olunan layihə ABŞ-da yaşayan həmyerlilərimizin ianələri sayəsində reallaşdırılıb, gəlirsiz və tərəfsiz (non-profit, non-partisan) təşkilat kimi qeydə alınıb. Layihə əsasən həmvətənlilərimizin məlumatlandırılması, maarifləndirilməsi, onların birləşməsi, birgə aksiyalar keçirməsi üçün sistemli iş aparacaq. Adil Bağırov “U.S. Azeris Network”un bütün ABŞ ərazisini əhatə etdiyini, Azərbaycandan köçmüş və burada yaşayan digər millətlər, türk əsilli xalqlar üçün də faydalı olacağını bildirib. Qeyd edək ki, eyni məzmunlu şəbəkələr ABŞ-ın digər diaspora qurumları tərəfindən də ciddi istismar olunur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR