Bank Of Baku

Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin təsis etdiyi “Ölkəm” jurnalı çapdan çıxıb

Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin təsis etdiyi “Ölkəm” jurnalı çapdan çıxıb
# 10 yanvar 2008 11:36 (UTC +04:00)
Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin təsis etdiyi “Ölkəm” jurnalının ilk sayı çapdan çıxıb. Komitədən APA-ya verilən məlumata görə, jurnalın ilk nömrəsində Azərbaycan prezidenti İlham Əliyevin 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə müraciəti, ötən il noyabrın 17-19-da Bakıda keçirilmiş Türk Dövlət və Cəmiyyətlərin XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayı haqqında, eləcə də ABŞ-dakı diasporumuzun fəaliyyəti və qayğıları barəsində yazılar dərc edilib. Bundan başqa, nəşrdə müxtəlif illərdə ayrı-ayrı mətbuat orqanlarında rus və Azərbaycan dillərində çap olunan, ölkəmizin siyasi və mədəni inkişafına təsir göstərən və bu gün də böyük maraq doğuran, son illərə kimi “məxfi” qrifi altında arxivlərdə saxlanılan tarixi sənədlərlə “Şərhsiz” rubrikasında tanış olmaq mümkündür. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR