Bank Of Baku

Yanvarın 11-də Krasnoyarsk vilayətində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək

Yanvarın 11-də Krasnoyarsk vilayətində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək
# 10 yanvar 2008 14:19 (UTC +04:00)
Rusiyanın Krasnoyarsk vilayətində “Yaradıcılıq İli” tədbirləri yanvarında 11-də Azərbaycan Mədəniyyət Günlərinin keçirilməsi ilə açılacaq. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin I ərazi dairəsinin rəisi Şakir Səlimovun APA-ya verdiyi məlumata görə, tədbirlərdə bir neçə beynəlxalq müsabiqənin laureatı, Ulan-Udedə fəaliyyət göstərən “Xəzər” rəqs ansamblının çıxışı nəzərdə tutulur. Bundan başqa, tədbirin proqramına azərbaycanlılardan ibarət uşaq xoreoqrafiya ansamblının çıxışı da daxildir. Hazırda Krasnoyarsk vilayətində 12 min azərbaycanlı yaşayır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR