Bank Of Baku

Böyük Britaniyada “Britaniyanın Azərbaycanlı Gözəli” adlı müsabiqə keçiriləcək

Böyük Britaniyada “Britaniyanın Azərbaycanlı Gözəli” adlı müsabiqə keçiriləcək
# 14 yanvar 2008 12:23 (UTC +04:00)
“Britaniyanın Azərbaycanlı Gözəli” adlı müsabiqədə Böyük Britaniyada yaşayan 16-28 yaşlı bütün azərbaycanlı qadınlar iştirak etmək hüququna malikdirlər. İlk mərhələdə müsabiqədə iştirak etmək arzusunda olan şəxslərin ərizələri qəbul olunacaq, daha sonra isə iddiaçılar arasında müsahibə təşkil olunacaq. “Sara Xatun” Cəmiyyətindən bildiriblər ki, müsabiqə iştirakçıları, həmçinin bu təşkilat tərəfindən təmin olunan Azərbaycan milli geyimlərini də nümayiş etdirəcəklər. “Britaniyanın Azərbaycanlı Gözəli”ni münsiflər heyəti seçəcək, qalibə qiymətli hədiyyələr təqdim olunacaq. Bundan başqa, müsabiqədə “Tamaşaçıların rəğbətini qazanmış ən gözəl azərbaycanlı xanım” nominasiyasının da qalibi seçiləcək. Bu nominasiya üzrə qalib rəy sorğusu əsasında müəyyənləşdiriləcək. Müsabiqə martın 8-də keçiriləcək.
Qeyd edək ki, Azərbaycanlı Gənclər Klubunun təşəbbüsü ilə 2007-ci ilin yayında fəaliyyətə başlayan “Sara Xatun” Qadın Cəmiyyətinin əsas məqsədi Britaniyada və Avropada yaşayan azərbaycanlı xanımları bir araya gətirərək, müxtəlif layihələr həyata keçirmək, Avropada güclü Azərbaycan qadını şəbəkəsini yaratmaqdır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR