Bank Of Baku

Dünyanın bir çox ölkəsində 20 Yanvar faciəsi ilə bağlı anım mərasimləri keçiriləcək

Dünyanın bir çox ölkəsində 20 Yanvar faciəsi ilə bağlı anım mərasimləri keçiriləcək
# 14 yanvar 2008 14:58 (UTC +04:00)
20 Yanvar faciəsinin 18-ci ildönümü ilə dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız anım mərasimləri təşkil edəcəklər. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, belə tədbirlərdən biri Ankarada Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının təşkilatçılığı ilə baş tutacaq. Misir Ərəb Respublikasının Qahirə şəhərində, Vətən Tələbə Cəmiyyətinin 20 Yanvar faciəsinin ildönümü ilə bağlı keçirəcəyi tədbirdə isə bu şəhərdə təhsil alan azərbaycanlı tələbələr, digər həmyerlilərimiz iştirak edəcəklər. Birləşmiş Ərəb Əmirliklərinin Dubay Əmirliyində fəaliyyət göstərən Azərbaycan Cəmiyyəti 20 Yanvar faciəsinin anım mərasimini təşkil etməklə yanaşı bu qanlı tarixi əks etdirən fotosərgi də açacaq. Yaponiyanın Osaka şəhərində Yaponiya-Azərbaycan Dostluq Cəmiyyətinin Osaka Universitetinin konfrans zalında keçirəcəyi tədbirdə faciə ilə bağlı bu təhsil ocağının müəllim və tələbələrinə məlumat veriləcək. 20 Yanvar faciəsi Tailand Krallığında, Pakistanın İslamabad şəhərində, Avstraliyanın Sidney şəhərində, Yeni Zelandiyada, Şimali Kipr Türk Respublikasının Doğu Akdeniz Universitetində, Gürcüstanın Marneuli şəhərində, Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyasında, Qazaxıstanın Astana şəhərində, Qırğızıstandakı Azərbaycan diaspor təşkilatlarında, Rusiya Federasiyasının bir neçə şəhərində anılacaq. Moskvadakı Bakı kinoteatrının akt zalında Azərbaycanın Rusiyadakı səfirliyi ilə Ümumrusiya Azərbaycan Konqresi birlikdə anım tədbiri keçirəcək. Kiyev şəhərində Ukrayna Azərbaycanlıları Konreqsinin təşkil edəcəyi dəyirmi masa ilə yanaşı Konqresin bu ölkənin Xarkov, Donetks, Dnepropetrovsk və Nikolayev bölgələrindəki regional qurumları da anım mərasimləri keçirəcək. Minskdə isə Belarus Azərbaycan İcmaları konqresi 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad edəcək. 20 Yanvar faciəsinin 18-ci ildönümünü Avropa ölkələrində yaşayan soydaşlarımız da diqqətdə saxlayacaqlar. Estoniyada, Macarıstanda, Moldovada, Litvada, Norveçdə, İsveçdə, Almaniyada, Fransada, Hollandiyada, Kanadada bir sıra anım tədbirlərinin keçirilməsi nəzərdə tutulub. Həmçinin ABŞ-dakı diaspor təşkilatlarından Nyu-Yorkdakı “Amerika Azərbaycanlıları Cəmiyyəti”, Hyustondakı “Hyuston Azərbaycanlıları Cəmiyyəti” və “Hyuston-Bakı Qardaşlaşdırılmış Şəhərlər Assosiasiyası” tarixi günlə bağlı həmin ölkədə keçiriləcək tədbirlərə qatılacaqlar. Los Ancelesdəki “Amerika-Azərbaycan Şurası” isə anım tədbirini bu şəhərdəki baş konsulluqla birgə keçirəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR