Bank Of Baku

Brüssel və Haaqa şəhərlərində 20 Yanvar faciəsi ilə bağlı bülletenlər yayılıb

Brüssel və Haaqa şəhərlərində 20 Yanvar faciəsi ilə bağlı bülletenlər yayılıb
# 15 yanvar 2008 14:21 (UTC +04:00)
Yanvarın 15-də Hollandiyada fəaliyyət göstərən “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyi Brüssel və Haaqa şəhərlərində 20 Yanvar faciəsinin 18-ci ildönümü ilə bağlı bülletenlər yayıb. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, Azərbaycanın Benilüks ölkələri üzrə səfirliyinin I katibi Fuad Hümbətovun hazırladığı bülletenlər Avropa Parlamentinə və Niderland Krallığının Parlamentinə də təqdim edilib. Bülletenlərdə “Qanlı Yanvar”ın tarixi, faciə zamanı yüzdən çox dinc vətəndaşın həlak olması və yüzlərlə insanın yaralanması barədə məlumat verilib, bu qanlı hadisənin təqsirkarlarının qınanılması tələb olunur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR