Bank Of Baku

Azərbaycan-Niderland parlamentlərarası dostluq qrupunun rəhbəri Adil Əliyev Niderlandda səfərdə olub

Azərbaycan-Niderland parlamentlərarası dostluq qrupunun rəhbəri Adil Əliyev Niderlandda səfərdə olub
# 16 yanvar 2008 10:14 (UTC +04:00)
Milli Məclisin Azərbaycan-Niderland parlamentlərarası dostluq qrupunun rəhbəri Adil Əliyev Niderlandda səfərdə olub. Bu barədə APA-ya açıqlama verən millət vəkili səfər zamanı Benilüks Azərbaycanlıları Konqresinin üzvləri, o cümlədən Amsterdam və Rotterdam şəhərlərində yaşayan soydaşlarımızla görüşlər keçirdiyini deyib. A. Əliyev Niderlanda yaşayan azərbaycanlıların güclü diaspor təşkilatı yaratdıqlarını, Azərbaycan həqiqətlərinin Avropa ölkələrində yayılması istiqamətində böyük layihələr həyata keçirdiklərini bildirib. Millət vəkili 20 Yanvar faciəsinin 18-ci, Xocalı faciəsinin isə 16-cı ildönümü ilə bağlı Benilüks ölkələrində anım tədbirləri və etiraz aksiyalarının keçiriləcəyini də söyləyib: “Bu tədbirlərdə Milli Məclisin üzvləri də iştirak edəcək”. A. Əliyev bu ilin martında Niderland parlamentarlarının Azərbaycana səfər edəcəklərini də əlavə edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR