Bank Of Baku

Dünyanın müxtəlif ölkələrində 20 Yanvar ümummilli hüzn günü ilə bağlı tədbirlər keçirilir

Dünyanın müxtəlif ölkələrində 20 Yanvar  ümummilli hüzn günü ilə bağlı tədbirlər keçirilir
# 17 yanvar 2008 15:13 (UTC +04:00)
Dünyanın müxtəlif ölkələrində 20 Yanvar ümummilli hüzn günü ilə bağlı tədbirlər keçirilir. Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, İsveçrədə fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Məktəbində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb, bir dərs günü bütövlükdə yanvar hadisələrinə həsr edilib. Daha sonra məktəbin müəllimləri, şagirdlər və valideynlər İsveçrə parlamentində olublar. Türkiyənin Manisa şəhərindəki Azərbaycan Kültür Dərnəyi 20 Yanvar faciəsinin 18-ci ildönümü ilə bağlı qanvermə aksiyası keçirib. Türkiyə Qızıl Ay Cəmiyyətinin binasında keçirilən aksiyada onlarla könüllü iştirak edib. Yanvarın 18-də Şimali Kipr Türk Respublikasında İqtisadi-Mədəni Əməkdaşlıq Mərkəzinin təşkilatçılığı ilə faciəyə həsr olunmuş tədbir, Gürcüstanda “Gürcüstan Mənim Vətənimdir” Cəmiyyətinin təşkilatçılığı ilə elmi-praktiki konfrans,
Özbəkistanda Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyasının təşkilatçılığı ilə anım mərasimi, Qazaxıstanda “Dostluq” Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə konfrans keçiriləcək. Eyni gün Çexiyada Təhsil Alan Azərbaycanlı Tələbələr Birliyinin təşəbbüsü ilə Brno şəhər məscidində şəhidlərin ruhuna xütbə deyiləcək, dualar oxunacaq, azərbaycanlı tələbələr hazırladıqları bəyanatları həmkarlarına çatdıracaqlar. Ukrayna Azərbaycanları Konqresi isə bu ölkədə anım mərasimi və dəyirmi masa təşkil edəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR