Bank Of Baku

Dünyanın müxtəlif ölkələrində 20 Yanvar faciəsinin 18-ci ildönümü ilə bağlı anım tədbirləri keçirilir

Dünyanın müxtəlif ölkələrində 20 Yanvar faciəsinin 18-ci ildönümü ilə bağlı anım tədbirləri keçirilir
# 18 yanvar 2008 15:04 (UTC +04:00)
Bu gün Birləşmiş Ərəb Əmirliklərinin Dubay Əmirliyindəki Azərbaycan Cəmiyyəti 20 Yanvar faciəsinin 18-ci ildönümü ilə bağlı anım tədbiri keçirib. Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, tədbirdə hadisəni əks etdirən fotoşəkillərdən ibarət sərgi təşkil olunub və faciədən bəhs edən 60 dəqiqəlik film göstərilib. Yanvarın 19-da isə Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Buryatiyada, Ukrayna Azərbaycanları Konqresi regional təşkilatının təşkilatçılığı ilə Xarkovda, Belarus Azərbaycan İcmaları Konqresinin təşkilatçılığı Minskdə, Norveç Azərbaycanlı Gənclər Assosiasiyasının təşkilatçılığı ilə Osloda, İsveç-Azərbaycan Federasiyasının təşkilatçılığı ilə Stokholm və Göteborq şəhərlərində, Benilüks Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə Amsterdamda, Hyuston Azərbaycanlıları Cəmiyyətinin təşkilatçılığı ilə Hyustonda, Amerika-Azərbaycan Şurasının təşkilatçılığı ilə Los Ancelesdə, Yeni Zelandiya - Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Yeni Zelandiyada, Xəzər” İctimai Birliyinin təşkilatçılığı ilə Qazaxıstanın Astana şəhərində, “Azəri” İctimai Birliyinin təşkilatçılığı ilə Qırğızıstanın Bişkek şəhərində anım mərasimləri keçiriləcək. Bundan başqa, Tailandda təhsil alan türk, azərbaycanlı tələbələr konfrans-sərgi, Pakistan-Azərbaycan Dostluq Cəmiyyəti konfrans, “Sidney Azərbaycanlılar Cəmiyyəti” silsilə tədbirlər, Gürcüstandakı “Azərbaycan Mədəniyyət Mərkəzi” dəyirmi masa, Litvadakı “Günəş” cəmiyyəti ümumi yığıncaq keçirəcək. Yanvarın 20-də isə Moskva, Yekaterinburq, Kiyev, Donetskdə, Dnepropetrovsk, Nikolayev, Luqansk, Oslo, Brüssel, Haaqa, Paris, Strasburq, London, Mayns, Berlin, Tallin, Vilnüs, Riqa, Budapeşt, Praqa, Kişinyov, Monreal Nyu-York Hyuston Qahirə Osaka Sidney və Ankara şəhərlərində anım tədbirləri təşkil olunacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR