Bank Of Baku

Fransa Senatının binasında azərbaycanlı tələbələrin forumu keçiriləcək

Fransa Senatının binasında azərbaycanlı tələbələrin forumu keçiriləcək
# 24 yanvar 2008 15:24 (UTC +04:00)
Forum “Gələcək özü gəlməyəcək” (“Future is What You Do Now”) şüarı altında baş tutacaq. Tədbirin keçirilməsində məqsəd gənc azərbaycanlı fəalların şəbəkələşməsi prosesini gücləndirmək və Avropada yeni Azərbaycan lobbi strukturunun yaradılmasına təkan verməkdir. Toplantıda Azərbaycanın gələcəyi üçün qurulacaq vətəndaş cəmiyyətinin xarakteri, Cənubi Qafqazın 10-20 ildən sonrakı mənzərəsi, Azərbaycanda neft yataqlarının idarə olunması və onun ekoloji təsirləri, Fransadakı Azərbaycan icması və digər mövzular ətrafında müzakirələr aparılacaq. Forumun plenar iclaslarında Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, ATƏT-in Minsk Qrupunun fransalı həmsədri Bernar Fasie, Fransa Senatının üzvü, parlamentdəki Fransa-Qafqaz dostluq qrupunun rəhbəri Alen Düpon, Azərbaycanın Fransadakı səfiri Tarik Əliyev və digər şəxslərin iştirakı gözlənilir.
Qeyd edək ki, Azərbaycanlı Tələbələrin Avropa Forumunun bundan əvvəlki forumları Avropa Birliyinin Brüsseldəki qərargahı və Almaniya Bundestaqında təşkil olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR