Bank Of Baku

Yaxın Şərq Azərbaycanlıları Konqresinin prezidenti sabah Bakıya gəlir

Yaxın Şərq Azərbaycanlıları Konqresinin prezidenti sabah Bakıya gəlir
# 25 yanvar 2008 12:17 (UTC +04:00)
Dünya Azərbaycanlıları Konqresi Azərbaycan Nümayəndəliyinin Gənclər Təşkilatından APA-ya verilən məlumata görə, səfərin əsas məqsədi Konqresin fəaliyyəti, gələcəkdə atacağı addımlarla bağlı hökumət üzvlərinə, bir sıra təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələrinə məlumat verməkdir. Konqres fevralın 24-də İsraildə ilk dəfə Xocalı faciəsinin ildönümünü rəsmi şəkildə dövlət qurumları ilə birgə qeyd etmək niyyətindədir. Təşkilatın təşəbbüsü, İsraildə fəaliyyət göstərən Türkiyə səfirliyinin köməyi və dəstəyi ilə Xocalı faciəsini əks etdirən videomateriallar, fotoşəkillər, Heydər Əliyev Fondu tərəfindən hazırlanmış və Konqres tərəfindən ivrit dilinə tərcümə edilmiş “Qarabağ həqiqətləri” kitabı, ingilis dilində broşürlər, kitab və CD-lər paylayacaq.
Konqres, həmçinin ilk dəfə olaraq Novruz bayramını rəsmi səviyyədə qeyd etmək niyyətindədir. Təşkilat tarixi həqiqətləri, o cümlədən torpaqlarımızın işğalını, Ermənistan-Azərbaycan münaqişəsinin tarixi köklərini, səbəb və nəticələrini Yaxın Şərq, o cümlədən İsrail ictimaiyyətinə çatdırmaq üçün bir sıra rəsmi tədbirlər həyata keçirməyi nəzərdə tutur.
Bütün bu məsələlərlə əlaqədar Aleks Şapiro Sulimanın Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, bir sıra millət vəkilləri, DAK sədri Qulamrza Səbri-Təbrizi və digər şəxslərlə görüşləri planlaşdırılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR