Bank Of Baku

Los-Ancelesdə nəşr olunan “Azerbaijan İnternational” jurnalının 15 illik yubileyi qeyd edilib

Los-Ancelesdə nəşr olunan “Azerbaijan İnternational” jurnalının 15 illik yubileyi qeyd edilib
# 25 yanvar 2008 12:58 (UTC +04:00)
APA-nın ABŞ bürosunun xəbərinə görə, Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun təşkil etdiyi tədbirə Türkiyənin baş konsulu da daxil olmaqla, şəhərdə fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri, Azərbaycan, İran və gürcü icmasının təmsilçiləri, Kaliforniya Universitetinin professor-müəllim heyəti və digər şəxslər qatılıb. Azərbaycanın Los-Ancelesdəki baş konsulu Elin Süleymanov çıxışında jurnalın Azərbaycanın təbliği və ölkənin xaricdə tanınmasında oynadığı roldan danışıb və jurnalın təsisçiləri Betti Bleyerlə Firuz Xanlıya xatirə hədiyyəsi təqdim edib. Təsisçilər isə jurnalın yaranma tarixindən söz açıblar. Onlar bildiriblər ki, “Azerbaijan İnternational”ın yaranmasının əsas səbəbi ABŞ mətbuatında Dağlıq Qarabağ münaqişəsi barədə birtərəfli məlumatların yayılması olub. B. Bleyer jurnalın 5 illiyinin Heydər Əliyevin təşəbbüsü ilə Axundov adına Azərbaycan Milli Kitabxanasında təntənəli şəkildə keçirildiyini də xatırladıb.
Tədbirdə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın, Azərbaycanın ABŞ-dakı birinci səfiri, hazırda Diplomatik Akademiyanın rektoru olan Hafiz Paşayevin, ABŞ prezidenti Cimi Karterin milli təhlükəsizlik üzrə müşaviri olmuş politoloq Zbiqnev Bjezinski və dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin təbrik məktubları oxunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR