Bank Of Baku

21 Azər Hökumətinin baş prokuroru olmuş Firudin İbrahiminin anım mərasimi keçirilib

21 Azər Hökumətinin baş prokuroru olmuş Firudin İbrahiminin anım mərasimi keçirilib
# 25 yanvar 2008 15:04 (UTC +04:00)
Dünya Azərbaycanlıları Konqresinin (DAK) təşəbbüsü ilə İranda Azərbaycan Milli Hökumətinin - 21 Azər hökumətinin baş prokuroru olmuş Firudin İbrahiminin anım mərasimi keçirilib. APA-nın məlumatına görə, DAK sədri Qulamrza Səbri Təbrizi F. İbrahiminin İran şahı Rza Pəhləvinin cəza dəstələri tərəfindən Təbrizdə “Gülüstan” bağında edam edilməsinin şahidi olduğunu bildirib. İranda azərbaycanlıların hüquqlarının pozulduğunu da deyən Q. Təbrizi beynəlxalq təşkilatları bu məsələyə diqqətli yanaşmağa çağırıb: “Ötən əsrin əvvəllərində Güney Azərbaycanda başlayan milli hərəkat bu gün də davam edir”. Yazıçı Əmir Pəhləvan 1945-46-cı ildə İranda Seyid Cəfər Pişəvərinin rəhbərliyi altında qurulan Güney Azərbaycan milli hökumətinin əhəmiyyətindən danışıb. Azərbaycan Milli Elmlər Akademiyasının Güney Azərbaycan bölməsinin müdiri, professor Şövkət Tağıyeva milli hökumətin fəaliyyəti ilə bağlı apardığı tədqiqat haqda məlumat verib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR