Bank Of Baku

Nyu-Yorkda fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatı xeyriyyə aksiyası keçirib

Nyu-Yorkda fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatı xeyriyyə aksiyası keçirib
# 30 yanvar 2008 13:06 (UTC +04:00)
Nyu-Yorkda fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatı - Mirvari Beynəlxalq Fondu xeyriyyə aksiyası keçirib. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aksiya Bakının Şüvəlan qəsəbəsində yerləşən oğlanlar üçün açıq tipli xüsusi təlim-tərbiyə müəssisəsinə əvvəllər göstərilən yardımı davam etdirmək məqsədilə təşkil olunub. Tədbirdə azərbaycanlılarla yanaşı, əcnəbi gənclər də fəal iştirak ediblər. Aksiya nəticəsində adıçəkilən təlim-tərbiyə müəssisəsinə kompüterlər alınıb, texniki avadanlıqlardan istifadənin öyrədilməsi üçün dərslər təşkil olunub. Bu dərsləri Fond maliyyələşdirir. Qeyd edək ki, Mirvari Beynəlxalq Fondunu 2007-ci ildə Nyu-York ştatında bir qrup azərbaycanlı gənc təsis edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR