Bank Of Baku

Avropa Azərbaycanlıları Konqresi İtaliyada yaşayan azərbaycanlı uşaqlar üçün “Həftə sonu” məktəbi açacaq

Avropa Azərbaycanlıları Konqresi İtaliyada yaşayan azərbaycanlı uşaqlar üçün “Həftə sonu” məktəbi açacaq
# 05 fevral 2008 12:33 (UTC +04:00)
Avropa Azərbaycanlıları Konqresi (AAK) İtaliyada yaşayan azərbaycanlı uşaqlar üçün “Həftə sonu” məktəbi açmağa hazırlaşır. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bununla bağlı təklif AAK prezidenti Natiq Ağamirovun İtaliyaya səfəri zamanı bu ölkədə yaşayan soydaşlarımızla görüşündə irəli sürülüb. AAK prezidenti bu təklifin həyata keçirilməsi üçün müvafiq tədbirlərin görüləcəyini vəd edib. Görüşdə iştirak edən Azərbaycanın İtaliyadakı fövqəladə və səlahiyyətli səfiri Emil Kərimov bildirib ki, “Həftə sonu” məktəbinin açılması istiqamətində AAK-ın görəcəyi bütün tədbirlərə səfirlik də lazımi dəstək verəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR