Bank Of Baku

Avropa Azərbaycanlıları Konqresinin prezidenti Avropa Hüquqşünaslar Assosiasiyasının Administrasiya Şurasının üzvü seçilib

Avropa Azərbaycanlıları Konqresinin prezidenti Avropa Hüquqşünaslar Assosiasiyasının Administrasiya Şurasının üzvü seçilib
# 05 fevral 2008 12:34 (UTC +04:00)
Avropa Azərbaycanlıları Konqresinin (AAK) prezidenti Natiq Ağamirov İtaliyanın Roma şəhərində keçirilən İnsan Hüquqları üzrə Avropa Hüquqşünaslar Assosiasiyasının toplantısında iştirak edib. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya bildirilib ki, toplantıda çıxış edən N. Ağamirov Ermənistanın Azərbaycana təcavüzü haqqında məlumat verib, azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqlarının bərpası üçün beynəlxalq ictimaiyyətin, o cümlədən insan haqlarının müdafiəsi ilə məşğul olan təşkilatların zəruri addımlar atmasının vacibliyini diqqətə çatdırıb. Toplantıda təşkilati məsələlərə də baxılıb. N. Ağamirov İnsan Hüquqları üzrə Avropa Hüquqşünaslar Assosiasiyasının Administrasiya Şurasının üzvü seçilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR