Bank Of Baku

Dünya Azərbaycanlıları Konqresinin və Demokratik Dünya Azərbaycanlıları Konqresinin rəhbərliyi Avropa Parlamentinin nümayəndələri ilə görüşəcək

Dünya Azərbaycanlıları Konqresinin və Demokratik Dünya Azərbaycanlıları Konqresinin rəhbərliyi Avropa Parlamentinin nümayəndələri ilə görüşəcək
# 06 fevral 2008 10:07 (UTC +04:00)
Bakı.Ramil Məmmədov-APA - Dünya Azərbaycanlıları Konqresinin (DAK) və Demokratik Dünya Azərbaycanlıları Konqresinin (DDAK) rəhbərliyi fevralın 11-də BMT-nin Cenevrədə fəaliyyət göstərən alt komitələrinin üzvləri və fevralın 12-də isə Brüsseldə Avropa Parlamentinin nümayəndələri ilə görüşəcək. DAK İdarə Heyətinin üzvü Vaqif Sultanlı APA-ya bildirib ki, DDAK sədrinin müavini Əhməd Obalı və DAK sədri Qulamrza Səbri Təbrizi keçirilən görüşlərdə BMT nümayəndələrinə dünyada yaşayan soydaşlarımızın, o cümlədən də İrandakı azərbaycanlıların hüquqları ilə əlaqədar hesabat təqdim edəcəklər. Görüşlərdə İranda dövlət səviyyəsində azərbaycanlıların milli haqlarının bərpa olunması üçün müvafiq addımların atılması üçün dəstək də istəniləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR