Bank Of Baku

İqdırda “Türk mədəniyyətində Ağrı dağı” mövzusunda beynəlxalq simpozium keçiriləcək

İqdırda “Türk mədəniyyətində Ağrı dağı” mövzusunda beynəlxalq simpozium keçiriləcək
# 07 fevral 2008 10:50 (UTC +04:00)
Bakı.Laura Cəbrayıllı-APA. Bu ilin mayında Türkiyənin İqdır şəhər valiliyi və Türkiyə Atatürk Kültür Mərkəzinin təşkilatçılığı ilə İqdırda “Türk mədəniyyətində Ağrı dağı” mövzusunda beynəlxalq simpozium keçiriləcək. Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutun direktoru Hüseyn İsmayılovun APA-ya verdiyi məlumata görə, beynəlxalq simpoziumda azərbaycanlı alimlər də iştirak edəcəklər. Müxtəlif ölkələrin alim və mütəxəssislərinin iştirakı ilə keçiriləcək tədbirdə ermənilərin törətdikləri soyqırımı və ərazi iddiaları ilə bağlı məruzələr dinləniləcək. Məruzələrdə ermənilərin “Ararat” adlandırdığı Ağrı dağının toponimik təhlili ilə yanaşı, onların türk ərazilərini və mədəniyyətini mənimsəməsi faktlarından, bugünkü Ermənistan ərazisinin qədim toponimiyasından bəhs olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR