Bank Of Baku

Azərbaycanın Sumqayıtda şəhərində 1988-ci il fevralın 27-29-da törədilən iğtişaşların araşdırılması üçün Təşkilat Komitəsi yaradılıb

Azərbaycanın Sumqayıtda şəhərində 1988-ci il fevralın 27-29-da törədilən iğtişaşların araşdırılması üçün Təşkilat Komitəsi yaradılıb
# 07 fevral 2008 13:12 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Dünya Azərbaycanlıları Konqresinin (DAK) Azərbaycan nümayəndəliyinin, Milli Qeyri-Hökumət Təşkilatları Forumunun Diaspora Mərkəzinin, Azərbaycan-Gürcüstan Dostluq Cəmiyyətinin və bir qrup QHT-nin təşəbbüsü ilə Sumqayıt hadisələrinin araşdırılması, o cümlədən beynəlxalq təşkilatlara çatdırılması məqsədilə Təşkilat Komitəsi yaradılıb. DAK Azərbaycan nümayəndəliyindən APA-ya verilən məlumata görə, Təşkilat Komitəsi 1988-ci il fevralın 27-29-da Sumqayıtda baş verən hadisələrin əsl səbəblərini və iğtişaşların törədilməsinin məqsədlərinə dair əlavə faktları toplayacaq. Sənədlərlə bağlı kitab çıxarılacaq və film çəkiləcək. Kitab və film 4 dilə - erməni, fransız, ingilis və rus dillərinə tərcümə olunacaq. Bununla yanaşı, Təşkilat Komitəsi əldə olunan sənədlər əsasında beynəlxalq məhkəmə instansiyalarına da müraciət edəcək.
Qeyd edək ki, 1988-ci il fevralın 27-29-da Sumqayıtda baş verən kütləvi iğtişaşlar nəticəsində 32 nəfər həlak olub. Ölənlərin 6-sı azərbaycanlı, digərləri isə ermənidir. Azərbaycanlıları keçmiş SSRİ hərbi qüvvələri qətlə yetirib. Məlum olub ki, iğtişaşları SSRİ xüsusi xidmət orqanları əvvəlcədən hazırlanan plana uyğun olaraq törədib.Buna baxmayaraq, istintaq aparan keçmiş SSRİ Prokurorluğu hadisənin milli münaqişə zəminində baş verdiyini açıqlayıb. Nəticədə 430 azərbaycanlı inzibati, 94 azərbaycanlı isə müxtəlif müddətə həbs cəzasına məhkum edilib. Sumqayıt sakini Əhməd Əhmədov barəsində isə ölüm hökmü çıxarılıb və qərar 17 aydan sonra icra olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR