Bank Of Baku

Azərbaycanda “Xocalı soyqırımı: səbəbləri, həyata keçirmə üsulları və nəticələri” kitabının təqdimatı olub

Azərbaycanda “Xocalı soyqırımı: səbəbləri, həyata keçirmə üsulları və nəticələri” kitabının təqdimatı olub
# 08 fevral 2008 11:42 (UTC +04:00)
Bakı.Ramil Məmmədov-APA. Bu gün “Xocalı soyqırımı: səbəbləri, həyata keçirmə üsulları və nəticələri” kitabının təqdimatı olub. APA-nın məlumatına görə, Bakı Dövlət Universitetinin (BDU) tarix fakültəsinin dekanı Sani Hacıyev bildirib ki, Dağlıq Qarabağın bir guşəsi olan Xocalı qədim maddi mədəniyyət daşıyıcısıdır. Xocalı faciəsinin baş vermə səbəbləri haqda danışan S. Hacıyev deyib ki, faciə iki yüz ilə yaxın müddətdə çar və sovet Rusiyasının azərbaycanlılara qarşı yeritdiyi etnik təmizləmə siyasətinin tərkib hissəsi olub. O, Xocalı faciəsi haqında nəşr olunan bu kitabın tarixi və elmi əhəmiyyətindən də danışıb: “Kitabda soyqırımın baş verdiyi tarixi şərait, səbəbləri faktlar və sənədlər əsasında araşdırılıb”. Dekan nəşrin xarici dillərə tərcümə olunmasının zəruriliyini də vurğulayıb. Kitabın müəllifi, BDU-nun Azərbaycan Tarixi kafedrasının müəllimi, tarix elmləri namizədi Boran Əziz nəşrdə Xocalı soyqırımına elmi yanaşmanın olduğunu bildirib: “Azərbaycanın ən qədim daşüstü yazısı Xocalıda tapılıb. Xocalı nəinki Azərbaycanın, o cümlədən Şərqin qədim yaşayış məskənlərindən biridir. Burada qədim insan yaşayışını təsdiq edən onlarla maddi mədəniyyət abidəsi olub. Ancaq ermənilər bu tarixi mədəniyyət nümunələrini də məhv ediblər. Bu, dünya sivilizasiyasına qarşı vandalizm faktıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR