Bank Of Baku

Xocalı faciəsinin 16-cı ildönümü ilə əlaqədar ABŞ-nın Şərq bölgəsində etiraz aksiyaları keçiriləcək

Xocalı faciəsinin 16-cı ildönümü ilə əlaqədar ABŞ-nın Şərq bölgəsində etiraz aksiyaları keçiriləcək
# 12 fevral 2008 07:44 (UTC +04:00)
Tədbirin təşkilatçısı Bədir Məmmədlinin APA-nın ABŞ bürosuna verdiyi məlumata görə, yürüşə rəsmi icazə alınıb. Nümayişçilər əllərində Xocalı qurbanlarının şəkillərini tutaraq Ermənistanın bu cinayətə görə məsuliyyətə cəlb olunmasını tələb edəcəklər. Nyu-York şəhərində isə Azərbaycan Amerika Cəmiyyəti, Azərbaycan Amerika Şurası, Amerika Türk Assosiasiyaları Assambleyası və Türk Tələbələri Cəmiyyəti birgə anma tədbiri keçirəcəklər. Tədbirdə Xocalı soyqırımı ilə bağlı xüsusi təqdimat olacaq. Daha sonra tədbirdə “Lider” televiziyasının istehsalı olan “Məhv edilmiş şəhər” filmi nümayiş olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR