Bank Of Baku

Baltik ölkələrində ermənilərin törətdiyi soyqırımlarla bağlı silsilə tədbirlər keçiriləcək

Baltik ölkələrində ermənilərin törətdiyi soyqırımlarla bağlı silsilə tədbirlər keçiriləcək
# 12 fevral 2008 11:50 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli - APA. Baltik ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspora təşkilatları fevralın 20-dən martın 31-dək ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri soyqırım aktları və işğalçılıq siyasəti ilə bağlı silsilə tədbirlər keçirəcəklər. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, fevralın 26-da Estoniyadakı “Aydan” Estoniya-Azərbaycan Mədəniyyət Mərkəzi, Akademik Zərifə Əliyeva adına Şərq Xalqları Mədəniyyəti Universiteti, Litvadakı “Litva Azərbaycanlıları Cəmiyyəti”, Latviyadakı “Ocaq” Mədəniyyət Mərkəzi anım mərasimi təşkil edəcəklər. “Aydan” Eston-Azərbaycan Mədəniyyət Mərkəzinin keçirəcəyi tədbirə bu ölkənin milli münasibətlər naziri Urve Palo, Tallinn şəhərinin vitse-meri Kaiya Japinen, Estoniya parlamentinin deputatı, Estoniya-Azərbaycan dostluq qrupunun rəhbəri Eldar Əfəndiyev, deputat Evelin Sepp və diplomatik korpusun nümayəndələri qatılacaqlar. Latviyada “Ocaq” Mədəniyyət Mərkəzinin təşkil edəcəyi anım mərasimində isə Xocalı faciəsinin ildönümü ilə bağlı hazırlanan 12 dəqiqəlik “Dua” sənədli filmi nümayiş olunacaq və soyqırımı əks etdirən fotolar sərgilənəcək. Tədbirdə Azərbaycanın Latviyadakı səfiri Tofiq Zülfüqarov, Latviya Seyminin deputatları, mətbuat nümayəndələri iştirak edəcək. “Litva Azərbaycanlıları Cəmiyyəti”nin Milli İcmalar Evində faciənin ildönümü ilə əlaqədar keçirəcəyi tədbirdə də “Dua” filminin nümayişi və erməni vəhşiliyinə dair sənədli materialların paylanması nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR