Bank Of Baku

Dünya Azərbaycanlıları Konqresinin sədri BMT nümayəndələri ilə görüşüb

Dünya Azərbaycanlıları Konqresinin sədri BMT nümayəndələri ilə görüşüb
# 12 fevral 2008 12:22 (UTC +04:00)
Bakı.Ramil Məmmədov-APA. Dünya Azərbaycanlıları Konqresinin (DAK) sədri Qulamrza Səbri Təbrizi fevralın 11-də Cenevrədə BMT-nin alt komitələrinin nümayəndələri ilə görüşüb. DAK mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə İranda qeyri-fars millətinə qarşı aparılan assimilyasiya və repressiya siyasətinə dair müzakirələr aparılıb. Görüşdə İranda yaşayan azərbaycanlıların milli, mədəni və təhsil haqlarının pozulması diqqətə çatdırlıb. DAK sədri İranda milli haqları uğrunda mübarizə aparan və həbs edilən azərbaycanlılar haqda məlumat verib və BMT-dən İranın bu siyasətinə etiraz etməsini istəyib. Görüşdə müzakirələrin davamlı keçirilməsinə qərar verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR