ABŞ Azərbaycanlıları Şəbəkəsinin baş katibi: “Prezident seçkilərində dəstəklədiyimiz namizədlər Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar insanlardır”
- Amerika Azərbaycanlıları Şəbəkəsinin (USAN, www.USAzeris.org) fəaliyyətinin ilk ayı çox məhsuldar oldu. Ötən ay əsas məqsədlərimizdən biri ABŞ prezidentinin, konqresmenlərin, senatorların, qubernatorların diqqətini Amerikada yaşayan soydaşlarımıza yönəltmək idi. Əminliklə qeyd etmək olar ki, biz buna nail olmağa başlamışıq. Belə ki, USAN-ın təqdim etdiyi sistemdən istifadə edərək ABŞ-da yaşayan həmvətənlərimiz ABŞ rəsmilərinə birbaşa və kütləvi şəkildə məktublar ünvanlaya bilərlər. Bizdə olan məlumata görə, indiyə qədər artıq 8,800-yə yaxın məktub, faks və elektron məktub ABŞ rəsmilərin ünvanına çatıb. Məktublar əsasən ABŞ prezidenti, vitse-prezident, qubernatorlar, dövlət katibləri, ölkənin aşağı və yuxarı palatasının üzvlər, kütləvi informasiya vasitələrinə göndərilib. Göndərilən məktublar əsasən, 20 Yanvar faciəsinin 18 illiyi, Əfqanıstanda Azərbaycan sülhməramlılarının kontingentinin tərkibinin iki dəfə artırılması, Xocalı soyqırımı, Dünya Bankının Azərbaycandakı iqtisadi göstəricilər barədə açıqlaması, konqresmenlərə Azərbaycanla bağlı işçi qrupuna qoşulmaq üçün çağırış, yəhudilərin əsrlər boyu Azərbaycanda yerli əhali ilə sülh və qardaşlıq şəraitində yaşaması, 1988-ci il Sumqayıt hadisələri barədə həqiqətlər, Demokrat Partiyasının prezidentliyə namizədlərindən Barak Obamanın çıxışına Amerika Azərbaycanlılarının mənfi reaksiyası, Azərbaycan üçün önəmli olan digər bir sıra məsələləri əhatə edib. Bizdə olan məlumata görə, həmvətənlərimiz tərəfindən kütləvi şəkildə daxil olan məktublarda əks olunan məsələlərlə bağlı bəzi ABŞ rəsmiləri artıq öz mövqelərini bildiriblər. Məsələn, Xocalı faciəsi, Azərbaycanda mövcud olan dini və etnik tolerantlıq, 20 yanvar faciəsi haqqında ölkə rəsmilərdən müxtəlif cavablar daxil olub. Təbii ki, biz fəaliyyətimizi bununla məhdudlaşmaq fikrində deyilik. Layihə getdikcə genişlənməkdə və şəbəkəyə qoşulan Amerika azərbaycanlılarının sayı gündən-günə artmaqdadır. Hədəfimiz 2008-ci ildə keçiriləcək prezident seçkilərinə qədər göndərilən məktubların sayını 100 minə, şəbəkənin üzvlərinin sayını 5 minə çatdırmaqdır.
- Yaxın gələcəkdə USAN-ın ABŞ azərbaycanlılarının vahid virtual hərəkət mərkəzinə çevriləcəyini söyləmək olarmı?
- Erməni diasporu qeyd olunan sistemdən böyük uğurla istifadə etməkdədir. Son zamanlar türk diasporu da bu üsuldan istifadə etməyə başlayıb və bu addım Amerikada yaşayan türklərinin ABŞ rəsmilərinə təsirini artırıb. Bu səbəbdən biz qeyd olunan layihəyə nikbin yanaşırıq. Məqsədimiz ancaq azərbaycanlıların səsini ABŞ rəsmilərinə çatdırmaq deyil. USAN Amerikada yaşayan çoxsaylı azərbaycanlı icmasının təkmilləşməsini, milli maraqlarımızı təmsil edən hər bir vətəndaşımızın bu işə cəlb olunmasını qarşısına məqsəd qoyub. Təşkilatımızın İdarə Heyətinə 1957-ci ildən fəaliyyətdə olan Amerika Azərbaycan Cəmiyyətinin prezidenti Tomris Azəri, Azərbaycan-ABŞ münasibətlərinin inkişafında böyük rol oynamış, hazırda ABŞ-Azərbaycan Sahibkarları Şurasına rəhbərlik edən, fəlsəfə elmləri namizədi Ceyhun Mollazadə, müasir Azərbaycan diasporunun inkişafında böyük rola malik, Azərbaycan Amerika Şurasının və USAZeris şəbəkəsinin Qərb regionu üzrə rəhbəri Cavid Hüseynov, şəbəkənin Şərq regionu üzrə rəhbəri Leyla Məmmədova, təşkilatın maliyyə işləri üzrə müdiri Bədir Məmmədli, Azərbaycana aid ilk internet səhifəsinin müəllifi, Qarabağ həqiqətləri və Azərbaycanın tarixi haqqında önəmli məqalələrin müəllifi və hazırda şəbəkənin direktoru olan Adil Bağırov daxildir. İnanıram ki, illər boyu dünyaya Azərbaycan haqqında həqiqətləri çatdırmış, milli maraqlarımızı təbliğ etmiş və heç bir zaman ruhdan düşməmiş bu soydaşlarımız USAN-ın fəaliyyətinin daha da genişlənməsinə və vahid virtual hərəkatın böyük bir diaspora təşkilatına çevrilməsində böyük rol oynayacaq.
- Bu il ölkədə keçirilən seçkilərdə USAN diaspora tariximizdə ilk dəfə olaraq konkret prezidentliyə namizədlərə dəstək verdi. Sizin bu addımınız ABŞ siyasi aləmində azərbaycanlıların tanınmasına nə dərəcədə kömək edib?
- Respublikaçılar partiyasının namizədi Con Makkeyn və Demokratlar Partiyasının namizədi Hillari Klintona dəstək verməyimiz müəyyən məqsəd daşıyır. Aydındır ki, hazırkı mərhələdə ABŞ azərbaycanlılarının bu ilki prezident seçkilərinin nəticələrinə hər hansı bir formada təsirindən danışmaq hələ tezdir. Namizədlərin ilkin partiyadaxili seçkilərin nəticələrinin müəyyən olunması və noyabrda keçiriləcək yekun seçkilərə hələ bir neçə ay vaxt qalıbdır. Amerika Azərbaycanlılarının Şəbəkəsinin məhz bu vaxt fəaliyyətə başlaması təsadüf deyil. Gələcək aylarda qeyd olunan namizədlərə dəstəyimiz tədricən artacaq və ABŞ-da yaşayan Azərbaycan icması üzvlərinin səsləri məcazi mənada namizədlər tərəfindən eşidiləcək. Qeyd etmək lazımdır ki, dəstəklədiyimiz namizədlər Azərbaycan-Amerika əlaqələrinin inkişafında maraqlı olan və Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar insanlardır.
- ABŞ azərbaycanlılarını seçki prosesinə yaxından cəlb etmək üçün daha hansı addımlar atacaqsınız?
- Biz artıq ABŞ azərbaycanlılarını seçki prosesinə cəlb etməyə başlamışıq. Hal-hazırda seçkilərdə hansı namizədlərin Azərbaycan-Amerika münasibətlərinin inkişafına müsbət təsir göstərəcəyinə dair təhlillər aparırıq. Yaxın gələcəkdə USAN, Azərbaycan Amerika Şurası, Azərbaycan Amerika Cəmiyyəti tərəfindən keçiriləcək tədbirlərdə soydaşlarımızın maraqlarına səbəb olan suallar cavablandırılacaq. Sonda qeyd etmək istərdim ki, USAN Azərbaycan diaspor tarixində yeni bir addımdır və bu, yalnız başlanğıcdır. Tezliklə bu iş öz bəhrəsini verəcək.
Xəbər Lenti
Tramp öldükdən sonra cənnətə düşəcəyinə ümid edir
Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur
Rubio Əbu-Dabi danışıqlarından gözləntiləri və əsas müzakirə mövzusunu açıqlayıb
Əbu-Dabidə keçiriləcək danışıqlarda Ukrayna nümayəndə heyətinin tərkibi məlum olub
Tramp miqrantların deportasiyası siyasətinin həddindən artıq sərt olduğunu etiraf edib
“Qalatasaray”ın keçmiş futbolçusu Cevad Prekazi vəfat edib
Tramp: İranın Xəzər dənizi vasitəsilə silah daşınmasının qarşısını almaq üçün xüsusi qrup fəaliyyətə başlayıb
Gəncədə 41 yaşlı kişi bıçaqlanıb
Almaniyada tələbələr noyabrın 20-də kütləvi tətil keçirməyi planlaşdırırlar
İstanbul ve Bursada tarixi tikililər Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
Rusiya bir gündə Ukraynaya məxsus 50 PUA-nın vurulduğunu açıqlayıb
Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb - VİDEO
Azərbaycanda Dövlət Bayrağı Günüdür
İranın Qeşm adasında 4 partlayış baş verib
İsraildə ərəb partiyaları Ayzenkotla əməkdaşlığa hazır olduqlarını açıqlayıblar
Dublində avtomobil yeniyetmələrin üzərinə sürülüb, 8 nəfər xəsarət alıb
İran ABŞ-la təmasların dayandırılmasının səbəbini açıqlayıb
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Tramp: İranla genişmiqyaslı müharibənin yenidən başlaması ehtimalı azdır
ABŞ Konqresində demokratların lideri Pentaqon rəhbərinin impiçmentini dəstəkləyib
Al Arabiya: İraq nümayəndə heyəti ABŞ-ın mesajını İrana çatdırıb
Əraqçi: İran ABŞ-a Hörmüz boğazı ilə bağlı şərt qoyub
Naxçıvanda Zəfər Gününün 6 illiyi münasibətilə konsert və atəşfəşanlıq təşkil olunub
Xankəndidə Zəfər Günündə bayram konserti keçirilib - FOTO
İsrail Prezidenti Qadi Ayzenkota hökuməti formalaşdırmaq mandatı verib
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO
Hulusi Kılıç: Ərdoğan və Əliyevin Şuşadan verdiyi qardaşlıq mesajı bütün Türk dünyasının qürurudur
Misirdə sərnişin qatarlarının toqquşması nəticəsində ölənlərin sayı 7-yə çatıb - YENİLƏNİB
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Türkiyə mediası: Prezident İlham Əliyev COP31 sammitində iştirak edəcək
İstanbulda “15 Temmuz” körpüsündə Azərbaycan bayrağı proyeksiya olunub
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər
Azərbaycan və Türkiyə prezidentləri Xocalı şəhərində Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO - YENİLƏNİB
Yeni Zelandiyada parlament seçkilərinin qalibi müəyyənləşməyib
Türkiyə Super Liqası: “Fənərbaxça” səfərdə böyük hesablı qələbə qazanıb
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidenti ilə Şuşada görüşünə dair videoçarx paylaşılıb - VİDEO
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır - FOTO
İranda partlayışlar baş verib, Hörmüz boğazında gəmilərə hücum edilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO - VİDEO - YENİLƏNİB
Qazaxda yük avtomobilinin sürücüsü sükan arxasında ölüb
İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolu layihəsi üzrə sazişi təsdiqləyib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi Zəfər abidəsini ziyarət edib
Soltan Məmmədov: Azərbaycançılıq məfkurəsi xalqımızı vahid amal ətrafında birləşdirən əsas ideoloji dayağımızdır
Ərdoğan: Qarabağda yenidən yanan hər ocaq Azərbaycan xalqının gələcəyə inamını göstərir
Sumqayıtda Zəfər Günü münasibətilə şəhidlərin xatirəsi ehtiramla yad edilib - FOTO
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib