Bank Of Baku

Türkiyə Böyük Millət Məclisinin fevralın 26-da keçiriləcək iclasında Xocalı faciəsi müzakirəyə çıxarılacaq

Türkiyə Böyük Millət Məclisinin fevralın 26-da keçiriləcək iclasında Xocalı faciəsi müzakirəyə çıxarılacaq
# 14 fevral 2008 11:40 (UTC +04:00)
Səfirlikdən APA-ya daxil olan məlumata görə, fevralın 25-də Ankaranın Keçiörən rayon Bələdiyyəsində soyqırım qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyulacaq, ehsan veriləcək. Tədbirdə səfirliyin və Keçiörən rayon Bələdiyyəsinin əməkdaşları, siyasətçilər, Türkiyədə təhsil alan azərbaycnlı tələbələr, mediya nümayəndələri iştirak edəcək. Həmin gün Türk dünyası Qadınları Dostluq və Həmrəylik Dərnəyi və səfirliyin birgə “Xocalı qətliamının 16-cı ildönümünün anılması” mövzusunda konfransı keçiriləcək. Tədbirdə səfir Zakir Həşimov, Türkiyə Böyük Millət Məclisinin (TBMM) Türkiyə-Azərbaycan Dostluq Qrupunun sədri Mustafa Kabakcı, Azərbaycan Milli Məclisinin üzvü Qənirə Paşayeva, Keçiörən Bələdiyyəsinin sədri Turqut Altınok və digərləri çıxış edəcək, Xocalı soyqırımını əks etdirən video-lentlər nümayiş olunacaq. Konfransın keçiriləcəyi salonun girişində Heydər Əliyev Fondunun hazırladığı soyqırımı əks etdirən fotolar və kitablardan ibarət, sərgi açılacaq. Fevralın 26-da Türkiyənin yerli televiziya kanalları (TRT, TRT 1, TRT 3, TRT-int, Kanal 24, Tv.net), radio verilişləri və qəzetlərində faciənin geniş işıqlandırılması barədə razılıq əldə olunub. TBMM-in fevralın 26-da keçiriləcək iclasında Xocalı faciəsi müzakirəyə çıxarılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR