Bank Of Baku

Xocalı soyqırımının 16-cı ildönümü ərəfəsində dünyanın əksər ölkələrində anım mərasimləri keçiriləcək

Xocalı soyqırımının 16-cı ildönümü ərəfəsində dünyanın əksər ölkələrində anım mərasimləri keçiriləcək
# 14 fevral 2008 13:37 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. Xocalı soyqırımının 16-cı ildönümü ilə bağlı dünyanın əksər ölkələrində anım mərasimləri keçiriləcək. Bu barədə APA-ya açıqlamasında Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi Aparatının (XÖYAİDK) rəhbəri Nəriman Qurbanov bildirib. Aparat rəhbəri Xocalı soyqırımının il dönümü ilə bağlı XÖYAİDK tərəfindən tədbirlər planının hazırlandığını deyib. Onun sözlərinə görə, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən azərbaycanlı icmaları tərəfindən anım mərasimləri keçiriləcək, soyqırımla bağlı məlumatlar həmin ölkələrin ictimaiyyətinə çatdırılacaq. N. Qurbanov anım mərasimlərinin əsasan Kanada, Amerika, Türkiyə, Estoniya, Almaniya, Fransa, İngiltərə, Danimarka, Avstriya və digər ölkələrdə keçiriləcəyini deyib. O, fevralın 24-də Hollandiyada Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan abidənin də açılacağını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR