Bank Of Baku

İsrailin Nataniya şəhərində Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilir

İsrailin Nataniya şəhərində Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilir
# 14 fevral 2008 15:06 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Bu gün İsrailin Nataniya şəhərində Xocalı soyqırımının ildönümünə həsr olunmuş tədbir keçiriləcək. İsraildə fəaliyyət göstərən Azərbaycan-İsrail Assosiasiyasının (Azİz) Azərbaycanın Tarixi və Mədəni İrsinin Qorunması Komitəsinin sədri Yeganə Salmanın APA-ya verdiyi məlumata görə, tədbirə İsraildə yaşayan, əslən Azərbaycandan olan şəxslərlə yanaşı, şəhər rəhbərliyinin təmsilçiləri, müxtəlif icmaların nümayəndələri də dəvət olunub. Tədbirdə “Azİz”in prezidenti, İsrail parlamentinin üzvü İosif Şaqal, qurumun baş direktoru Lev Spivak çıxış edəcək, Yeganə Salman Xocalı faciəsi barədə məlumat verəcək. Azərbaycan Milli Elmi Akademiyasının İnsan Hüquqları İnstitutunun direktoru Rövşən Mustafaev də qatılacağı tədbirdə onun Moskvada nəşr olunmuş və ermənilərin II Dünya müharibəsi illərində faşist əsarətində olan ərazilərdə yerli xalqlara qarşı törətdikləri vəhşiliklər, eyni zamanda erməni silahlı birləşmələrinin Türkiyə, Azərbaycan və Gürcüstan ərazilərində törətdiyi qeyri-insani əməllərinin əks olunduğu “Ölüm tanqosu” adlı kitabının təqdimatı keçiriləcək. Tədbirdə Ziya Şıxlinskinin “Dua” adlı filminin də təqdimatı olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR