Bank Of Baku

Dünya Azərbaycanlıları Konqresinin və Demokratik Dünya Azərbaycanlıları Konqresinin sədrləri Avropa Parlamentinin nümayəndələri ilə görüşüblər

Dünya Azərbaycanlıları Konqresinin və Demokratik Dünya Azərbaycanlıları Konqresinin sədrləri Avropa Parlamentinin nümayəndələri ilə görüşüblər
# 15 fevral 2008 09:21 (UTC +04:00)
Cenevrə. Ramil Məmmədov-APA. Dünya Azərbaycanlıları Konqresinin (DAK) sədri Qulamrza Səbri Təbrizi və Demokratik Dünya Azərbaycanlıları Konqresinin (DDAK) sədri Əhməd Obalı Avropa Parlamentində və Cenevrədə BMT İnsan Haqlarını Müdafiə Komitələrində görüşlər keçiriblər. DAK mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşlərdə İranda yaşayan azərbaycanlıların haqlarının bərpası və həbs olunanların sərbəst buraxılması istiqamətində atılması zəruri olan addımlar müzakirə edilib. Avropa Parlamentində İranda yaşayan azərbaycanlıların hüquqları ilə bağlı seminarın keçirilməsi və həbs olunanların sərbəst buraxılmasına dair bəyanat verilməsi barədə razılığa gəlinib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR