Bank Of Baku

İsrail Knessetində Xocalı soyqırımına həsr olunan dəyirmi masa keçirilib

İsrail Knessetində Xocalı soyqırımına həsr olunan dəyirmi masa keçirilib
# 19 fevral 2008 12:03 (UTC +04:00)
Bakı.Ramil Məmmədov-APA. Fevral 18-də İsrail Knessetində İsrail Azərbaycanlıları Konqresinin (İAK) və Dünya Azərbaycanlıları Konqresi (DAK) Azərbaycan Nümayəndəliyinin birgə təşəbbüsü ilə Xocalı soyqırımının 16-cı ildönümünə həsr olunan dəyirmi masa keçirilib. DAK Azərbaycan nümayəndəliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə çıxış edən İAK-ın prezidenti Aleksander Şapiro-Süliman Xocalı soyqırımının Azərbaycan tarixində ən dəhşətli və faciəli səhifələrdən biri olduğunu bildirib. DAK Azərbaycan Nümayəndəliyinin rəhbəri İsmayıl Ağayev isə deyib ki, ermənilər ötən əsrdə azərbaycanlılara qarşı kütləvi qırğınlar törədiblər. O, İsrail parlamentinin üzvlərini Xocalı soyqırımı məsələsini Knessetdə müzakirəyə çıxarmağa və genosid aktı kimi tanınmasına səy göstərməyə çağırıb. DAK Azərbaycan Nümayəndəliyi sədr müavini, professor Vaqif Arzumanlı yəhudi xalqının da analoji soyqırımına məruz qaldığını söyləyib. Tədbirin sonunda DAK Azərbaycan Nümayəndəliyi Qubada aşkarlanmış kütləvi məzarlıqda çəkilən video və fotomateriallar dəyirmi masa iştirakçılarına təqdim edilib. Bildirilib ki, məzarlıqda ermənilərin törətdiyi soyqırımı r nəticəsində qətlə yetirilmiş azərbaycanlılar basdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR