Bank Of Baku

Türkiyənin İstanbul və digər şəhərlərində Xocalı soyqırımına həsr olunmuş tədbirlər keçirilir

Türkiyənin İstanbul və digər şəhərlərində Xocalı soyqırımına həsr olunmuş tədbirlər keçirilir
# 20 fevral 2008 11:46 (UTC +04:00)
İstanbul. Laçın Sultanova-APA. Azərbaycanın İstanbuldakı baş konsulluğunun təşəbbüsü ilə İstanbul və İstanbulun yaxınlığında olan 7 şəhərdə Xocalı soyqırımının 16-cı ildönümünə həsr olunmuş tədbirlər keçirilir. Baş konsul Səyyad Salahlının APA-ya verdiyi məlumata görə, ilk tədbir fevralın 19-da Ədirnə şəhərində keçirilib. Tədbirə 500-dək iştirakçı, o cümlədən şəhər valisi Nüsrət Eloğlu, bələdiyyə başqanı, Ədirnə Universitetinin rektoru, burada fəaliyyət göstərən müxtəlif partiyaların nümayəndələri qatılıb. Mərasimdə Heydər Əliyev Fondu tərəfindən hazırlanmış “Xocalı soyqırımı” filmi nümayiş olunub, S. Salahlı və digər şəxslər çıxış edərək Xocalı soyqırımı barədə geniş məlumat veriblər: “Qardaş ölkə olmasına baxmayaraq, Türkiyədə Xocalı soyqırımının nə vaxt baş verdiyi, nə qədər insanın qətlə yetirildiyi və s. barədə ətraflı məlumat yoxdur. Faciə ilə bağlı nümayiş olunan filmi göz yaşları ilə izlədilər”. Baş konsul deyib ki, analoji tədbirlər Sakariya, Əskişehir, Yalova və digər şəhərlərdə keçiriləcək. Fevralın 26-da isə İstanbulda millət vəkilləri, tanınmış dövlət xadimləri, QHT nümayəndələrinin iştirakı ilə böyük tədbir təşkil olunacaq. Tədbirdə rəssam Ədalət Qara və onun emalatxanasında fəaliyyət göstərən digər rəssamların Qarabağla bağlı əsərləri nümayiş etdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR