Bank Of Baku

Brüsseldə Xocalı soyqırımının 16-cı ildönümü ilə bağlı yürüş-mitinq keçiriləcək

Brüsseldə Xocalı soyqırımının 16-cı ildönümü ilə bağlı yürüş-mitinq keçiriləcək
# 20 fevral 2008 15:06 (UTC +04:00)
Bakı. Ramil Məmmədov-APA. Azəri-Türk Qadınlar Birliyi və Azərbaycanın Belçikadakı səfirliyi Xocalı faciəsinin 16-cı ildönümü ilə bağlı Brüsseldə birgə yürüş-mitinq təşkil edəcək. Birliyin sədri Tənzilə Rüstəmxanlı APA-ya bildirib ki, aksiyada ermənilərin Xocalı soyqırımını məqsədli şəkildə həyata keçirdiyi Avropa cəmiyyətinin diqqətinə çatdırılacaq.
O, qurum tərəfindən faciənin Türkiyə və Avropada soyqırımı kimi tanınması istiqamətində əlavə tədbirlər planının hazırlandığını da söyləyib. T. Rüstəmxanlı Türkiyənin Ankara, İstanbul və digər şəhərlərində konfransların keçiriləcəyini də qeyd edib: “Müxtəlif universitetlərdə Xocalı soyqırımı və erməni vəhşiliyinə dair mühazirələrlə çıxış edəcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR