Bank Of Baku

Amerika Azərbaycan Mədəniyyət Fondunun nümayəndə heyəti Şuşaya səfər edib - FOTO - YENİLƏNİB

Amerika Azərbaycan Mədəniyyət Fondunun nümayəndə heyəti Şuşaya səfər edib - FOTO  - YENİLƏNİB
# 20 aprel 2023 11:26 (UTC +04:00)

ABŞ-da fəaliyyət göstərən Amerika Azərbaycan Mədəniyyət Fondunun rəhbəri Nurit Qringerin rəhbərlik etdiyi nümayəndə heyətinin Şuşa şəhərinə səfəri davam edir.

APA-nın Qarabağ bürosu xəbər verir ki, nümayəndə heyəti Şuşa qala divarlarında olub. Daha sonra Bülbülün ev-muzeyini ziyarət ediblər. Muzeyin direktoru Fəxrəddin Hacıbəyli Bülbülün həyat və yaradıcılığı barədə qonaqlara məlumat verib. Bildirilib ki, ermənilər Şuşanı işğalda saxladığı müddətdə muzeyin əşyalarını qarət edib, evi xarabalığa çeviriblər. Şuşa işğaldan azad olunduqdan sonra ev-muzeyi yenidən bərpa olub.

Nümayəndə heyətinin Şuşaya səfəri davam edir.

***

10.09

ABŞ-da fəaliyyət göstərən Amerika Azərbaycan Mədəniyyət Fondunun rəhbəri Nurit Qringerin rəhbərlik etdiyi nümayəndə heyətinin işğaldan azad edilmiş ərazilərə səfəri davam edir.

APA-nın Qarabağ bürosu xəbər verir ki, nümayəndə heyəti bu gün Şuşa şəhərinə səfər edib. Qonaqlar Şuşanın tarixi yerlərində olub, onlara şəhərin tarixi, işğal dövrü barədə məlumat verilib.

Nümayəndə heyəti Bülbülün, Xurşid Banu Natəvanın və Üzeyir Hacıbəylinin heykəllərini ziyarət edib. Xurşid Banu Natəvanın işğal dövründə dağıdılmış ev-muzeyində olublar.

Qeyd edək ki, nümayəndə heyəti dünən Cəbrayıl rayonunda olub, Xudafərin körpüsünü ziyarət edib.

Səfər Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə təşkil olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR