Azərbaycan diasporu: Gecə Xarkov ətrafında sakitlik olub

Azərbaycan diasporu: Gecə Xarkov ətrafında sakitlik olub
# 25 fevral 2022 11:38 (UTC +04:00)

Gecə Xarkovda və Xarkov ətrafında tam sakitlik olub.

Bunu APA-ya İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli deyib.

Onun sözlərinə görə, Rusiya hərbçiləri şəhər ətrafında mövqe tutublar: “Rusiya Ordusunun əməliyyat keçirəcəyinə dair müəyyən informasiyalar var idi. Amma gecə boyu bu baş vermədi. Hazırda küçələrdə sakitlikdir, bir nəfər belə yoxdur”.

Samir Adıgözəlli qeyd edib ki, lakin dünən gecə Sumidə, bu gün səhər isə Kiyevdə gərginlik olub: “Ümumilikdə qeyri-müəyyənlik var. Təkcə Xarkovda deyil, Nikolayevdə, Dneprdə, Kiyevdə, Odessada əhali çox çətin vəziyyətdədir”.

O, ölən və ya xəsarət alan azərbaycanlılar barədə hər hansı informasiyaya malik olmadığını əlavə edib.

“Mütəmadi olaraq digər şəhərlərdə olan diaspor nümayəndələri ilə, Konsulluqla əlaqə saxlayırıq. Soydaşlarımızın çoxu təxliyə olunmaq istəyir. Çünki hazırda vəziyyət çox qeyri-müəyyəndir. Beş dəqiqə sonra nə baş verəcək, heç kim bilmir. Səfirliyimizlə də mütəmadi əlaqədəyik. Ukrayna hava və quru məkanını bağladığı üçün hələ ki təxliyə mümkün deyil, amma Moldova vasitəsilə bu edilə bilər. Hazırda səfirlik də bunu nəzərdən keçirir. Bundan əlavə, bizim hava limanlarında köməksiz qalan vətəndaşlarımız var. Onlarla bağlı mütləq addım atılmalıdır”, - Samir Adıgözəlli bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR